Bakı 19˚C Sunny

Azərbaycanda bank sisteminin ümumi aktivləri 34 milyard manatı keçib

Gündəm 15:07 22 okt, 2021

Bank sistemkərinin aktivləri 7.7% artıb

Azərbaycanda bank sisteminin ümumi aktivləri 34 milyard manatı keçib

22 oktyabr, Fineko/abc.az. 30 sentyabr 2021-ci il tarixinə Azərbaycanın bank sisteminin ümumi aktivləri 34 milyard 526,5 milyon manat təşkil edir.

Qazet.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın məlumatında deyilir.

1 yanvar 2021-ci il tarixinə bankların aktivləri 32 milyard 55,3 milyon manat məbləğində olub.

Beləliklə, yanvar-sentyabr aylarında bankların aktivləri 7,7% artıb.

Sentyabrın sonuna bankların kredit portfeli 15 milyard 538,7 milyon manat (2020-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 9,8%) təşkil edir.