Azərbaycanda beşdən çox uşağı olan qadınların sayı açıqlanıb
Gündəm
14:32 21 dek, 2021
Bu barədə Əmək və əhalinin sosial müdafiəsi nazirliyindən məlumat verilib

Azərbaycanda beşdən çox uşağı olan və sosial müavinət alan qadınların sayı məlum olub.
Qazet.az-ın Əmək və əhalinin sosial müdafiəsi nazirliyindən əldə etdiyi məlumata görə, ölkədə beşdən çox uşağı olub sosial müavinət alan qadınların sayı 2500 nəfərə yaxındır. Onların uşaqlarının sayı isə 10 mindir.
Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə beşdən çox uşağı olan qadınlara sosial müavinətin məbləği hər uşaq üçün 55 manatdan 70 manata qaldırılıb. Fərman 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.