Bakı 9˚C Windy

Azərbaycanda bir ilk - Deputatdan AÇIQLAMA

Biznes 13:50 20 iyn, 2022

Deputat bildirib

Azərbaycanda bir ilk - Deputatdan AÇIQLAMA

“Tarixdə ilk dəfə Azərbaycanın neft və qaz ixracından əldə etdiyi valyuta gəlirləri bərabərləşməkdədir”. 

Qazet.az xəbər verir ki, bunu 2022-ci ilin dövlət büdcəsinə təklif edilən dəyişiklik layihəsinin müzakirəsi zamanı parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib. 

O, 2022-ci ilin ilk 5 ayında neft və qaz ixracında əldə edilən gəlirləri də açıqlayıb. 

“Cari ilin ilk 5 ayında neft ixracından 3,8 milyard dollar, qaz ixracından 3,5 milyard dollar gəlir əldə olunub”, - deyə deputat əlavə edib.