Bakı 19˚C Intermittent clouds

Azərbaycanda böyrək xəstəliyindən əziyyət çəkənlərin 53 faizi kişilərdir

Cəmiyyət 18:01 14 yan, 2022

Bunu Akademik M.C.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasının direktoru Fariz Babayev xroniki böyrək çatışmazlığı mövzusunda danışarkən deyib

Azərbaycanda böyrək xəstəliyindən əziyyət çəkənlərin 53 faizi kişilərdir

“Xroniki böyrək xəstəliklərinin cinsi ayrıseçkiliyi olmur. Azərbaycanda bu xəstəliyə təxminən 53 fazi halda kişilərdə rast gəlinir”.

Qazet.az xəbər verir ki, bunu Akademik M.C.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasının direktoru Fariz Babayev xroniki böyrək çatışmazlığı mövzusunda danışarkən deyib.

Onun sözlərinə görə, bu da kişilərin daha çox aktiv həyat tərzi ilə bağlı xarici təsirlərə, soyuqlama, iltihabi proseslərə məruz qalması ilə əlaqədardır.

“Xroniki böyrək xəstəliklərinin statistikası bir milyon əhaliyə nəzərən hesablanır. İnkişaf etmiş ölkələrdən - Yaponiya, Almaniya kimi ölkələrdə bir milyon əhaliyə 1000-1200, hətta 1800 böyrək çatışmazlığı olan xəstə düşür. Azərbaycanda isə bu rəqəm 560-600 nəfər civarındadır. Bu xəstələrin təxminən 40-45 faizi konservativ müalicə effekt vermədiyi halda hemodializ vasitəsilə müalicə olunurlar”, - direktor vurğulayıb.