Bakı 24˚C Windy

Azərbaycanda bu dövlət qurumunun binası YANDIRILDI

Hadisə 15:39 30 okt, 2021

 Avtomobil Yolları Dövlət Agentliyinin Yol İstismar İdarəsinə məxsus inzibati binada yanğın olub

Azərbaycanda bu dövlət qurumunun binası YANDIRILDI

Ağsuda Avtomobil Yolları Dövlət Agentliyinin Yol İstismar İdarəsinə məxsus inzibati binada yanğın olub.

Daxili İşlər Nazirliyindən Qazet.az-a verilən məlumata görə, Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri nəticəsində sentyabrın 30-da saat 3 radələrində şəhər ərazisində yerləşən Avtomobil Yolları Dövlət Agentliyinin Yol İstismar İdarəsinə məxsus inzibati binada yanğın törətməklə əmlakı qəsdən məhv etməkdə şübhəli bilinən Qaraqaşlı kənd sakini F.Əsgərov müəyyən edilərək saxlanılıb.