Azərbaycanda bu il zorakılığa məruz qalan uşaqların sayı açıqlanıb
Cəmiyyət
15:41 26 okt, 2022
"Bu ilin on ayında 81 uşaq zorakılığa məruz qalıb".
Qazet.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Gəncədə "Çətin həyat şəraitində olan uşaqların müdafiəsi və yerli mexanizmlərin təkmilləşdirilməsi" mövzusunda keçirilən regional konfransda bildirib.
Onun sözlərinə görə, uşaqlara qarşı törədilən bu kimi halların 15-i cinsi zorakılıq olub.