Bakı 2˚C Cloudy

Azərbaycanda bu məhsullar bahalaşdı

Gündəm 11:16 11 okt, 2022
Azərbaycanda bu məhsullar bahalaşdı

Bakıda ətin qiymətləri kəskin bahalaşıb.

Qazet.az xəbər verir ki, hazırda qəssabxanalarda sümüklü dana əti 13 manatdan 14-15 manata, sümüksüz dana əti isə 15 manatdan 16-17 manata qalxıb.

Quzu əti 16 manata satılır.

Ən çox bahalaşma toyuq ətində müşahidə olunur. Belə ki, “kənd toyuğu” adı ilə satılan toyuq artıq 9-10 manata təklif edilir. İndiyə qədər 6-7 manat idi.