Bakı 19˚C Sunny

Azərbaycanda bu qadağa uzun müddət sonra LƏĞV OLUNDU

Gündəm 12:01 13 dek, 2021

Hamam xidmətləri göstərən obyektlərin xidmətlərindən yalnız COVID-19-a qarşı ən azı 2 doza peyvənd olunmuş  şəxslər istifadə edə bilər

Azərbaycanda bu qadağa uzun müddət sonra LƏĞV OLUNDU

Bu gündən etibarən Azərbaycanda hamamların fəaliyyət göstərməsinə icazə verilir.

Qazet.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin dekabrın 11-də xüsusi karantin rejimində ictimai iaşə, xidmət müəssisələrinin fəaliyyəti və peyvəndlənməyə dair qərarında əksini tapıb.

Hamam xidmətləri göstərən obyektlərin xidmətlərindən yaşı 18-dən aşağı olan şəxslər istisna olmaqla, yalnız COVID-19-a qarşı ən azı 2 doza peyvənd olunmuş və ya COVID-19-dan sağalaraq immunitetə malik olmaları barədə təsdiqedici sənədi olan yaxud COVID-19-a qarşı peyvəndə əks-göstərişi müəyyən edən əks-göstəriş sertifikatı olan şəxslər istifadə edə bilər.