Bakı 32˚C Sunny

Azərbaycanda bu şəxslərin maaşı ARTDI

Biznes 11:40 14 apr, 2022

İşçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 11,0 faiz artaraq 768,3 manat olub

Azərbaycanda bu şəxslərin maaşı ARTDI

Azərbaycanda daha yüksək əməkhaqqı verilən sahələr məlum olub.

Qazet.az xəbər verir ki, 2022-ci ilin yanvar-fevral aylarında iqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olmuşdur.

Qeyd olunan müddət ərzində ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 11,0 faiz artaraq 768,3 manat olub.

2022-ci il martın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 3,6 min nəfər və ya 0,2 faiz artaraq 1 milyon 682,1 min nəfər olub. ("Trend")