Azərbaycanda çıxış edən futbolçu Ukrayna millisinə dəvət aldı
İdman
09:45 10 noy, 2022
"Sabah" klubunun futbolçusu Aleksey Kaşuk Ukraynanın 21 yaşadək futbolçulardan ibarət milli komandasına dəvət alıb.
Qazet.az yerli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, yarımmüdafiəçi noyabrın 19-da İsrail, noyabrın 21-də Gürcüstanla yoldaşlıq matçları üçün heyətdə yer alacaq.
Yığmanın 15 - 22 noyabrda Gürcüstanda təlim-məşq toplanışı planlaşdırılır.
Qeyd edək ki, Ukraynanın U-21 yığması 2023-cü ildə Avropa çempionatının final mərhələsində çıxış edəcək. Komanda B qrupunda Rumıniya, İspaniya və Xorvatiya ilə mübarizə aparacaq.