Bakı 1˚C Cloudy

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Gündəm 16:49 24 sen, 2022
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 885 vaksin vurulub
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qazet.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 245, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 152, üç və daha çox doza vaksin vurduranların sayı 422, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 66 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 885 828, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 380 403, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 866 780, üç və daha çox doza vaksin vurduranların sayı 3 377 244, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 261 401 təşkil edir.