Bakı 14˚C Intermittent clouds

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Cəmiyyət 18:10 27 fev, 2022

Pozitiv nəticədən sonra buster doza olunanların sayı isə 1 540 nəfərdir

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 25 208 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qazet.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 552, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 372, 3 və daha çox doza üzrə vaksinasiya olunanların sayı 20744, pozitiv nəticədən sonra buster doza olunanların sayı isə 1 540 nəfərdir.