Bakı 5˚C Showers

"Azərbaycanda da bu əməliyyat növünü icra etməyi düşünürük"

Eksklüziv 15:45 23 dek, 2022
"Azərbaycanda da bu əməliyyat növünü icra etməyi düşünürük"

"Liv Bona Dea Hospitalı"nda beyin cərrahiyyəsi mərkəzinin açılışı olub. 

Qazet.az xəbər verir ki, tədbirdən sonra beyin cərrahiyyəsi üzrə mütəxəssis Dr. Teyyub Həsənov jurnalistlərin suallarını cavablandırıb. 

O, mərkəzin mahiyyəti barədə danışıb: 

"Parkinson xəstələrinin son illərdə həyat rahatlığı çox ciddi şəkildə enir. Bu xəstələr müəyyən müddət sonra dərman müalicəsinə cavab vermir. Dərin beyin pili olan bir əməliyyat növü var. Bu əməliyyat növü parkinson xəstələrinin yaşayış keyfiyyətini, müddətini artırır. Son illərdə bu əməliyyat dünya üzrə geniş şəkildə istifadə olunur. Azərbaycanda da bu əməliyyat növünü icra etməyi düşünürük. Bugünkü tədbir parkinson xəstələrinin müalicə üsulu olan cərrahiyyə müalicə üsuluna həsr olunur. Parkinson geniş yayılan xəstəlikdir. Azərbaycan üzrə 200 min nəfər bu xəstəliyin daşıyıcısıdır.Bu, kiçik bir rəqəm deyil. Sözügedən əməliyyatın burada icra edilməsi onların həyat keyfiyyətinin yüksəldilməsi baxımından faydalı ola biləcəyini düşünürəm. Bu cərrahiyyə yalnız simptomları azaldır. Mütləq bu xəstələrin bir qayğıya ehtiyacı var. Parkinson əsasən 60 yaşın üzərində, qadınların daha çox keçirdiyi xəstəlik növüdür".