Bakı 12˚C Cloudy

Azərbaycanda daha 8 özəl xəstəxana vətəndaşlara pulsuz tibbi xidmət göstərəcək - SİYAHI

Cəmiyyət 11:30 20 noy, 2021

Vətəndaş verilən göndəriş vərəqəsi əsasında müqaviləli tibb müəssisəsinə müraciət etdikdə Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərdən ödənişsiz yararlanır

Azərbaycanda daha 8 özəl xəstəxana vətəndaşlara pulsuz tibbi xidmət göstərəcək<span style="color:red"> - SİYAHI</span>

İcbari tibbi Sığorta üzrə Dövlət Agentliyi vətəndaşların Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərə əlçatanlığını yüksəltmək məqsədilə daha 8 tibb müəssisəsi ilə müqavilə bağlayıb.

Qazet.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq agentlikdən məlumat verilib.

Belə ki, agentliyin müqavilə bağladığı tibb müəssisələrinin sayı 19-dan 27-ə qədər yüksəlib.

"İcbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində vətəndaşlara 2550 sayda tibbi xidmət göstərilir. Həmin tibbi xidmətlərdən vətəndaşlar "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) tabeliyində olan dövlət tibb müəssisələrində istifadə edə bilərlər. TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisələrində müvafiq xidmətin göstərilməsi mümkün olmadığı təqdirdə müqaviləli tibb müəssisəsinə göndəriş verilir. Vətəndaş verilən göndəriş vərəqəsi əsasında müqaviləli tibb müəssisəsinə müraciət etdikdə Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərdən ödənişsiz yararlanır", - agentlikdən bildirilib.

Müqaviləli tibb müəssisələrinin siyahısı aşağıdakılardır:

1. Bakı Sağlamlıq Mərkəzi Publik hüquqi şəxs

2. Mərkəzi Klinik Xəstəxana

3. Caspian International Hospital

4. Respublika Diaqnostika Mərkəzi

5. Gəncə Müalicə-Diaqnostika Mərkəzi

6. Gəncə Beynəlxalq Xəstəxanası

7. Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikası

8. Mərkəzi Neftçilər Xəstəxanası

9. Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb baş idarəsi

10. EGE Hospital

11. Sumqayıt Hospital

12. Avrasiya Hospital

13. Xüsusi Müalicə Sağlamlıq Kompleksi

14. Leyla Medical Center

15. Badam Medical Center

16. Lor Hospital

17. Məlhəm Beynəlxalq Hospital

18. "OKİ” Özəl Tibbi Müalicəxanası

19. "Azəri Med” Qapalı Səhmdar Cəmiyyəti (Zəfəran hospital)

20. Oksigen Klinik Xəstəxanası

21. Diaqnoz Tibb Mərkəzi

22. "Ortoped” Məhdud Məsuliyyətli Cəmiyyət

23. Mediland Hospital

24. Medera Hospital

25. Stimul Hospital

26. Medistyle Hospital

27. Batıgöz Medical Plaza Məhdud Məsuliyyətli Cəmiyyət.