Bakı 9˚C Dreary

Azərbaycanda daha 842 nəfər koronavirusa yoluxub, 2 062 nəfər sağalıb

Gündəm 21:05 29 sen, 2021

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 668, bu günə qədər isə ümumilikdə 4 849 531test icra olunub.

Azərbaycanda daha 842 nəfər koronavirusa yoluxub, 2 062 nəfər sağalıb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 842 yeni yoluxma faktı qeydə alınıb, 2 062 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan qazet.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 15 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 483 128 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 457 144 nəfər müalicə olunaraq sağalıb, 6 498 nəfər vəfat edib. 19471 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 668, bu günə qədər isə ümumilikdə 4 849 531test icra olunub.