Bakı 27˚C Partly sunny

Azərbaycanda daha bir qəza - 8 yaralı var

Gündəm 11:37 18 dek, 2021

Qəzaya dumanlı hava şəraitinın səbəb olduğu ehtimal olunur

Azərbaycanda daha bir qəza <span style="color:red">- 8 yaralı var</span>

Masallıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Qazet.az xəbər verir ki, hadisə Masallı rayonunun Təklə kəndi ərazisində baş verib.

İlkin məlumata görə, minik avtomobili mikroavtobusla toqquşub. Nəticədə azı 8 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Onlardan dördü Lənkəran Rayon Mərkəzi Xəstəxanasına, dördü isə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Qəzaya dumanlı hava şəraitinın səbəb olduğu ehtimal olunur. Faktla bağlı araşdırma aparılır.(report.az)