Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinin maliyyələşməsi müzakirə edilib
Gündəm
16:22 01 okt, 2021
Bu barədə nazir özü məlumat verib

İqtisadiyyat Naziri Mikayıl Cabbarov BMT-nin rezident əlaqələndiricisi xanım Vladanka Andreyeva ilə görüşüb.
Qazet.az xəbər verri ki, bu barədə nazir özü məlumat verib.

"Azərbaycanda diplomatik fəaliyyətə başlayan V.Andreyeva ilə görüşümüzdə BMT və Azərbaycan Hökuməti arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədinin (2021-2025-ci illər) icrasını, Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) maliyyələşməsi, korporativ davamlılığın və özəl sektorun DİM-lərə töhfələrinin təşviqi məsələlərini müzakirə etdik,"- deyə nazir qeyd edib.