Azərbaycanda direktor işdən çıxarıldı - FOTO
Gündəm
14:29 30 okt, 2021
Gəncə Dövlət Dram Teatrının direktoru Əli Qasımov tutduğu vəzifədən azad olunub
Gəncə Dövlət Dram Teatrının direktoru Əli Qasımov tutduğu vəzifədən azad olunub.
Bu barədə Qazet.az-ın yerli bürosuna Ə.Qasımovun özü məlumat verib.
"Yaş həddinə görə mənim işimə xitam verildi. Hazırda işdən ayrılmışam və evimdəyəm"- deyə Ə.Qasımov bildirib.
Məlumat üçün qeyd edək ki, Ə.Qasımov on ildən artıq idi Gəncə Dövlət Dram Teatrının direktoru vəzifəsində çalışıb.
Hazırda direktor vəzifəsini onun müavini icra edir.