Bakı 3˚C Dreary

Azərbaycanda dollar bahalaşacaqmı? - AÇIQLAMA

Eksklüziv 17:20 11 yan, 2023
Azərbaycanda dollar bahalaşacaqmı? - AÇIQLAMA

2022-ci ildə Azərbaycanda dolların məzənnəsi sabit qaldı.

2015-ci ildə Azərbaycanda baş verən sonuncu devalvasiyadan sonra Azərbaycan Mərkəzi Bankı dolların məzənnəsini 1.7 manat səviyyəsində saxlaya bilib. Bəs 2023-cü ildə ölkə iqtisadiyyatını nələr gözləyir? Dolların bahalaşma ehtimalı nə qədərdir? Bununla bağlı iqtisadçı, ekspert Xalid Kərimlinin Qazet.az saytının jurnalisti Afət Əlipaşayevaya verdiyi müsahibədə, o bildirib ki, bu il dolların qalxma ehtimalı aşağıdır.

No description available.

"Bunun da əsas səbəbi odur ki, neftin və qazın qiyməti yüksək olacaq bunun sayəsində ölkəyə kifayət qədər dollar daxil olacaq. Enerji resurslarının qiyməti kəskin düşərsə manatın ucuzlaşması haqqında narahat olmaq olar. Ölkədə inflyasiyanı tənzimləyən əsas orqan Milli Bankdır.Milli Bank makro iqtisadi sabitliyi təmin edən qurumdur. Onun mandatı ondan ibarətdir. Bİr də qiymətlərə nəzarət edir.Mərkəzi Bankın bəyanatlarına baxsaq, manatın real effektiv məzənnəsi ötən il 7 faizdən çox artıb. Bu o deməkdir ki, manat ticari partnyorlarla müqayisədə 7 faizdən çox bahalaşıb."-deyə Xalid Kərimli qeyd edib.

 Devalvasiya ilə bağlı məsələyə münasibət bildirən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü  A.Hüseynov isə məsələyə belə aydınlıq gətirib:

No description available.

" Azərbaycanın 60 milyard dollar valyuta ehtiyatları, güclü təhlükəsizlik yastığı mövcuddur. “Xarici ticarət dövriyyəsində 25 milyard dolardan artıq müsbət saldo var, ixrac idxalı 3 dəfə üstələyir. 2023-cü ildə ixracda əsas yer tutan məhsul olan neftin bazar qiyməti 50 dollardan götürülüb və cari ildə qlobal bazarda neftin orta satış qiyməti ən azı 70-80 dollar olacağı proqnozlaşdırılır. Həmçinin, manatın məzənnəsini ölkəyə daxil olan valyutanın həcmi, Dövlət Neft Fondu tərəfindən hərraca çıxarılan valyutanın məbləği və digər amillər də müəyyən edir. Hazırda ölkəmizdə daxili bazarda dollara olan tələbatı təmin etmək üçün Neft Fondunun kifayət qədər ehtiyatları vardır. Fondun aylıq hərraca çıxartdığı vəsaitlərin həcmi təxminən 600-700 milyon dollar təşkil edir ki, bu da ayda 1-1,5 milyard dollar həcmində daxil olan valyutanın yarısından da azdır. Yəni, tələbatı 3 qat ödəmək potensialı var. Bütün bu amillər Azərbaycanın ixracını və xarici valyuta gəlirlərini stimullaşdırır, manata təzyiqləri minimallaşdırır. Onu da nəzərə almaq lazımdır ki, manatın real effektiv məzənnəsi 5 faizdən çox möhkəmlənib. Bütün bunlar devalvasiya risklərini tamamilə sıfıra endirir”.