Bakı 21˚C Windy

Azərbaycanda dollara tələbat kəskin artdı

Biznes 16:04 16 dek, 2021

 Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib

Azərbaycanda dollara tələbat kəskin artdı

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

Qazet.az AMB-yə istinadən xəbər verir ki, hərracda tələb 102,8 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.

Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (14 dekabr 2021-ci il tarixində keçirilib – red.) müqayisədə 28,5% artıb.