Bakı 5˚C Dreary

Azərbaycanda əhalinin alıcılıq qabiliyyəti hansı səviyyədədir? - İqtisadçı ekspert rəyi

Gündəm 17:30 15 noy, 2021

"Bizim hesablama üsulumuz dünyada qəbul edilmiş qaydalara uyğun deyil"

Azərbaycanda əhalinin alıcılıq qabiliyyəti hansı səviyyədədir? -<span style="color:red"> İqtisadçı ekspert rəyi</span>

Qış aylarının gəlməsi ilə birlikdə bütün dünyada olduğu kimi ölkəmizdə də əhalinin iqtisadi vəziyyətində bir qədər çətinlik yaranmağa başlayır. Burada əsas səbəb əhalinin kommunal xərclərinin artmasıdır. Xüsusən dünyada da son zamanlar kommunal xidmət xərclərində çətinliklər yaşanır. 

Ölkəmizdə də  həm elektrik, həm də qaz qiymətlərində artımlar edilib. Daha əvvəl olan araşdırmamızda məhz bu mövzuya toxunmuşduq. Bu dəfə isə qarşıdan gələn yeni ilin büdcə hesablamarından öncə əhalinin alıcılıq qabiliyyətini dəyərləndirdik.

Əlavə oxu: "Tarif Şurasının əsaslandırmaları olduqca zəifdir" - Ekspert rəyləri

Azərbaycanda insanların alıcılıq qabiliyyəti necədir? Və ümumiyyətlə alıcılıq qabiliyyəti dedikdə nə başa düşülür? Qazet.az-ın bu suallarına iqtisadçı-ekspert Natiq Cəfərli cavab verib. Onun fikrincə, alıcılıq qabiliyyəti əsasən hüquqi və qeydiyyatda olan gəlirlərinin məcmusu ilə hesablanır.

"Alıcılıq qabiliyyətinin hesablanma üsulu əsasən leqal və qeydiyyatda olan gəlirlərinin məcmusu ilə bağlıdır. Ölkədə 1 milyon 600 minə yaxın muzdla çalışan insan var və burada artıq onların əmək haqqlarının ümumi həcmi hesablanır. Təxminən 1 milyon 300min təqaüdçü var, onların aldığı təqaüdün həcmi hesablanır, 600 minə yaxın sosial müavinat ödəyicililəri var onların da aldıqları vəsait hesablanır. Bundan başqa, orta aylıq əməkhaqqının, orta aylıq təqaüdün minimum istehlak zənbilinə olan münasibəti də əsas götürülən faktorlardan biridir. Bütün bu faktorların məcmusu, yəni qrafik şəklində təyini nəticədə sonda alıcılıq qabiliyyətini formalaşdırır".

Natiq Cəfərli
İqtisadçı-ekspert

 

Qonşu ölkə Türkiyədə minimum əməkhaqqı 2825 türk lirəsidir. Bu, isə bizim məzənnə ilə 480 manat edir. Bizdə isə bu rəqəm son hesablamalara görə 300 manat təşkil edəcək. Minimum əməkhaqqı isə yalnız alıcılıq qabiliyyəti ilə dəstəkləndikdə məna ifadə edir. Bizdə bu rəqəm isə formal xarakter daşıyır. Natiq Cəfərli deyir ki, daxil edilən xərc alqoritmi müasir dünyanın tələblərinə cavab vermir.

"Minimum əməkhaqqının hesablanması minimum istehlak zənbilinə və yaşayış minimumuna əsaslandırılmalıdır. Yəni minimum istehlak zənbili və yaşayış minimumu Nazirlər Kabineti tərəfindən hesablanır və minimum əməkhaqqı buna əsasən hazırlanır. Bizdə isə problem bundan ibarətdir ki, bu hesablama qaydaları köhnəlib. Daxil edilən xərc alqoritmi müasir dünyanın tələblərinə cavab vermir. Bir çox ölkədə, həmçinin qonşu ölkələrdə də bu metodologiya dəyişdirilib. Orada istirahət xərcləri, internet xərcləri, səyahət xərcləri, teatr, kinoteatr hətta kitabların alınması kimi xərclər öz əksini tapmalıdır. Bütün bunlar da yaşayış  minimumuna daxil edilməlidir. Təəssüf ki, Azərbaycanda bunlar hesablanmır. Bizdə 4 nəfərlik ailəyə gündəlik 1 saat internet xərci hesablanır. Orada 3 ildə bir yeni ayaqqabı, 7 ildən bir yeni üst geyimi kimi absurd hesablamar var. Bunlar normal dünyada qəbul edilmiş qaydalara uyğun deyil", - deyə Natiq Cəfərli bildirib. 


Paşa Bayramov


Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.