Bakı 24˚C Sunny

Azərbaycanda əhalinin gəlirləri artıb

Biznes 16:18 17 iyn, 2022

Bu, illik müqayisədə 19,5 % çoxdur

Azərbaycanda əhalinin gəlirləri artıb

Bu il yanvar-may aylarında əhalinin nominal gəlirləri 26 milyard 420,3 milyon manat olub.

Qazet.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, illik müqayisədə 19,5 % çoxdur.

5 ayda əhalinin hər nəfərinə düşən nominal gəlirlər 19,1 % artaraq 2 min 153,3 manata çatıb.