Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 8 % artıb
Biznes
16:07 18 iyn, 2022
Bunun 2 milyard 606,6 milyon manatlıq hissəsi hüquqi şəxslərə məxsus olub
Bu ilin yanvar-may aylarında Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 8,1 % artaraq 3 milyard 512,1 milyon manat təşkil edib.
Qazet.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilir ki, bunun 2 milyard 606,6 milyon manatlıq hissəsi hüquqi şəxslərə məxsus olub.
5 ay ərzində hər bir ölkə sakini orta hesabla 349,6 manatlıq və yaxud 1 il əvvələ nisbətən 54,9 manatdan çox dəyərdə müxtəlif ödənişli xidmətlərdən istifadə edib.