Bakı 4˚C Mostly cloudy

Azərbaycanda elektron imzanın verilməsində süni intellektdən istifadə olunacaq

Cəmiyyət 20:37 24 noy, 2021

Görüşdə qeyd olunub ki, ölkəmizdə rəqəmsal transformasiya istiqamətində aparılan işlər, o cümlədən yeni nəsil elektron imza quruculuğu cəmiyyətin, eləcə də iqtisadiyyatın tələbidir.

Azərbaycanda elektron imzanın verilməsində süni intellektdən istifadə olunacaq

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) yanında İctimai Şura və nazirliyin Məlumat Hesablama Mərkəzinin (MHM) nümayəndələri arasında görüş keçirilib.

Qazet.az-ın Nazirliyə istinadən verdiyi xəbərə görə, görüşdə müasir tələblərə uyğun yeni nəsil elektron imzanın Azərbaycanda tətbiqi məsələləri geniş müzakirə olunub.

İctimai Şuranın sədri Siruz Abasbəyli Azərbaycanda süni intellekt və müasir kibertəhlükəsizlik protokolları nəzərə alınmaqla elektron imza sertifikatının verilməsi və bu istiqamətdə beynəlxalq təcrübəyə əsaslanmağın zəruriliyini qeyd edib.

MHM-in direktor müavini İnarə Vəliyeva İctimai Şura üzvlərinə nazirlik tərəfindən ölkəmizdə bu istiqamətdə aparılan işlər haqqında məlumat verib. Direktor müavini bildirib ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin innovasiyaların inkişaf etdirilməsi yönündə apardığı dövlət siyasətinin tərkib hissəsi olan elektron identifikasiya həlli vətəndaş məmnunluğunu artırmaqla yanaşı, rəqəmsal biznesin inkişafını da təşviq edəcək.

Görüşdə qeyd olunub ki, ölkəmizdə rəqəmsal transformasiya istiqamətində aparılan işlər, o cümlədən yeni nəsil elektron imza quruculuğu cəmiyyətin, eləcə də iqtisadiyyatın tələbidir.