Bakı 21˚C Windy

Azərbaycanda əmək pensiyasının minimum məbləği artırılır

Biznes 15:51 24 dek, 2021

Gələn il Azərbaycanda əmək pensiyasının minimum məbləği açıqlanıb

Azərbaycanda <span style="color:red">əmək pensiyasının minimum məbləği</span> artırılır

Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik layihəsində əksini tapıb.

Dəyişikliklə əmək pensiyasının minimum məbləği 2022-ci ilin yanvarın 1-dən 20 faiz artırılaraq 240 manat olacaq.

Qeyd edək ki, 2021-ci il üçün əmək pensiyasının minimum məbləği 200 manatdır.

Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.