Azərbaycanda ən aşağı faizlə nağd pul krediti verən banklar – SİYAHI
Bu cədvəldə sərfəli şərtlərlə tanış ola bilərsiniz
Qazet.az xəbər verir ki, bu barədə Banker.az banklarda avqust ayı üzrə nağd pul kreditinin şərtlərini araşdırıb.
Araşdırmaya əsasən, manatla istehlak krediti verən bankların faiz dərəcələri 12-29% aralığında müəyyən edilib.
Hansı bankın daha sərfəli şərtlərlə nağd pul krediti təklif etdiyini isə cədvəldən tanış ola bilərsiniz.
ABB - Kampaniya 27 sentyabr tarixinədək davam edəcək. Nağd pul kreditini əldə etmək üçün həmçinin onlayn qaydada müraciət edib eyni şərtlərlə 20 000 AZN-dək krediti rəsmləşdirmək mümkündür
AFB Bank – Kampaniya çərçivəsində 48 ayadək verilən kreditin son 6 ayının faizlərini bank hədiyyə edir!
Expressbank – 2 ay güzəşt müddəti, Kampaniya çərçivəsində kredit əldə edən müştərilərə balansında 10.000 manatadək vəsait olan Expresso Standart, GOLD hətta Platinum kredit kartları hədiyyə olunacaq.
Kapital Bank -Yalnız onlayn rəsmiləşdirilən kreditlərə nağdlaşdırma komissiyası 0%; kampaniya 9 sentyabradək keçərlidir.
Naxçıvanbank – Kredit kampaniyasının müddəti 31 Avqust tarixinədəkdir.
PAŞA Bank – istehlak krediti yalnız həmin bankdan əmək haqqı alan kart sahiblərinə verilir.dir.
Rabitəbank – Rabitəbankın təklif etdiyi kampaniyadan yararlanan bütün müştərilərə Yaşıl Kartmane Kredit kartı (Visa Rewards/MC World) 1 illik hədiyyə veriləcək. Kampaniya 31 avqustadəkdir.
Yapı Kredi Bank – 31 avqust 2022-ci ilə dək istehlak kreditlərini daha aşağı faiz dərəcələri ilə əldə edə bilərsiniz.