Azərbaycanda FAKTİKİ HAVA - YENİLƏNİB
Gündəm
18:57 08 yan, 2023
Azərbaycanda müşahidə olunan faktiki hava şəraiti açıqlanıb.
Qazet.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Yanvarın 8-i saat 18:00-a olan məlumata əsasən, Lerik, Yardımlı, Biləsuvar, Neftçala, Salyan, Cəfərxan, Sabirabad, Kürdəmir, İmişli, Zərdab, Göyçay, Yevlax, Mingəçevir, Şabran, Oğuz, Qəbələ, Zaqatala, Balakən, Şəki, İsmayıllı, Qax, Şamaxı, Qobustan, Altıağac, Quba, Qusar, Xaltan, Ağdam, Gədəbəy, Daşkəsən, Göygöldə və Abşeron yarımadasında - Bakı, Sumqayıt, Maştağada qar, Lənkəran və Astarada yağış yağır.
Şimal-şərq küləyi arabir Naftalanda 22 m/s, Bakıda və Abşeron yarımadasında 15 m/s-dək güclənib.