Bakı 10˚C Intermittent clouds

Azərbaycanda federasiya Teleradionun binasına köçdü

İdman 19:09 29 noy, 2021

Qurum bundan sonra Bakı şəhəri, Abbasqulu Abbaszadə küçəsi 2-də fəaliyyətini davam etdirəcək

Azərbaycanda federasiya Teleradionun binasına köçdü

Azərbaycan Cüdo Federasiyası bu gündən etibarən yeni ünvana köçüb.

Qazet.az xəbər verir ki, qurum bundan sonra Bakı şəhəri, Abbasqulu Abbaszadə küçəsi 2-də fəaliyyətini davam etdirəcək.

Bu ünvanda isə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nəzdində 2006-cı ildə fəaliyyət göstərən “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyi (Teleradio İstehsalat Birliyi) yerləşir.

Qeyd edək ki, daha əvvəl qurum federasiyanın sabiq vitse-prezidenti Sadıq Sadıqovun rəhbəri olduğu “Neftçi” İdman Klubunun ünvanında fəaliyyət göstərirdi.