Azərbaycanda gecə saatlarında dəhşət: Ölən və yaralılar var
Goranboy rayonunda yol-nəqliyyat hadisəsi baş verib
Goranboy rayonunun Xan Qərvənd kəndində qeydə alınmış yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların şəxsiyyəti məlum olub.
Qazet.az report-a istinadən bildirir ki, qəza zamanı xəsarət alanlar, hadisə yerində dünyasını dəyişən 35 yaşlı Pərvin Abbasovun həyat yoldaşı, habelə övladları - 2017-ci il təvəllüdlü Abbaslı Abbas Pərvin oğlu, 2015-ci il təvəllüdlü Kamalə Abbasova, 2013-cü il təvəllüdlü Seval Abbasovadır.
Yaralılar Gəncə şəhərində yerləşən xəstəxanaların birinə yerləşdiriliblər. Onların vəziyyətləri kafi və orta-ağır qiymətləndirilir.
Qeyd edək ki, kənddə 3 avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi olub. Toqquşmadan sonra P.Abbasov və ailəsinin olduğu avtomobil idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb.
Faktla bağlı araşdırmalara başlanılıb.