Bakı -3˚C Rain and snow

Azərbaycanda gələn il büdcədən əlavə məşğulluq üçün 272 milyon manat xərclənəcək

Cəmiyyət 14:48 10 noy, 2021

Sosial yardımı üçün dövlət büdcəsindən 258 milyon manat vəsait ayrılacaq

Azərbaycanda gələn il büdcədən əlavə məşğulluq üçün 272 milyon manat xərclənəcək

Gələn il Azərbaycanda aztəminatlı ailələrə verilən ünvanlı dövlət sosial yardımı üçün dövlət büdcəsindən 258 milyon manat vəsait ayrılacaq.

Qazet.az xəbər verir ki, bunu maliyyə naziri Samir Şəridov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında, gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsində bildirib.

Bundan başqa, nazir qeyd edib ki, məşğulluq strategiyasının həyata keçirilməsinə dair 2020-2025-ci illər əhatə edən Tədbirlər Planının icrası, məşğul insanların əhatə dairəsinin genişləndirilməsi, bu məqsədlə əlavə məşğulluğun təşkil edilməsi üçün büdcədə 272 milyon manat vəsait nəzərdə tutulub.