Azərbaycanda gələn il sosial sahəyə 3,6 milyard manat ayrılacaq
Gündəm
13:02 27 okt, 2021
Bu, 2022-ci ilin dövlət büdcəsinin layihəsində əksini tapıb
Gələn ilin dövlət büdcəsindən sosial müdafiə və sosial təminat sahələrinə ayırılan vəsaitin məbləği açıqlanıb.
Qazet.az xəbər verir ki, bu, 2022-ci ilin dövlət büdcəsinin layihəsində əksini tapıb.
Layihəyə əsasən, sosial müdafiə və sosial təminat sahələrinə 3 milyard 565 milyon 794 min 062 manat vəsait ayırılıb.
Bunlardan 310 milyon 043 min 606 manat sosial müdafiəyə, 5 milyon 243 min 653 manat isə sosial təminata xərclənəcək.