Bakı 3˚C Windy

Azərbaycanda gənc qadın FACİƏLİ şəkildə öldü

Hadisə 12:57 26 yan, 2022

Faktla bağlı Ağsu rayon Prokurorluğunda araşdırma aparılır

Azərbaycanda gənc qadın FACİƏLİ şəkildə öldü

Ağsu rayon sakini bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

Qazet.az  APA-ya istinadla xəbərinə görə, rayonun Padar kənd sakini, 29 yaşlı  Əhmədzadə Elnaz Əliheydər qızı kustar üsulla quraşdırılan su qızdırıcısının hamam otağına buraxdığı dəm qazından zəhərlənib.

Ailə üzvləri hadisədən gec xəbər tutduğu üçün onun həyatını xilas etmək mümkün olmayıb. İki uşaq anası Elnaz Əhmədzadə huşsuz vəziyyətdə Ağsu rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə aparılsa da, orada dünyasını dəyişib.

Faktla bağlı Ağsu rayon Prokurorluğunda araşdırma aparılır.