Azərbaycanda general vəfat edib
Gündəm
16:37 18 noy, 2021
O, ürək tutmasından vəfat edib

Azərbaycanda general vəfat edib.
Qazet.az-ın xəbərinə görə, ədliyyə general-mayoru Zavər Qafarov noyabrın 17-də 68 yaşında dünyasını dəyişib.
O, ürək tutmasından vəfat edib.
Qeyd edək ki, Z.Qafarov 1953-cü ildə anadan olub. Uzun illər ədliyyə orqanlarında çalışıb. Daha sonra o, Ədliyyə Akademiyasında Elmi tədqiqat və doktorantura şöbəsində işləyib.
