Bakı 22˚C Windy

Azərbaycanda gömrük orqanlarının xətti ilə büdcə daxilolmaları 10% artıb

Biznes 17:08 18 yan, 2022

Bu, 2020-ci illə müqayisədə 10,3% çoxdur

Azərbaycanda gömrük orqanlarının xətti ilə büdcə daxilolmaları 10% artıb

2021-ci ildə Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə büdcə daxilolmaları 4 342,9 milyon manat təşkil edib.

Qazet.az DGK-ya istinadən xəbər verir ki, bu, 2020-ci illə müqayisədə 10,3% çoxdur.

Ötən il gömrük rüsumları üzrə daxilolmalar 18,6 % artaraq 1 205,5 mln manat, əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 6,9 % artaraaq 2 930,7 mln manat, aksizlər üzrə daxilolmalar 13,7 % artaraq 163,116 mln manat, yol vergisi üzrə daxilolmalar isə 19,1 % artaraq 43,623 mln manat olub.