Bakı 18˚C Mostly sunny

Azərbaycanda havanın sabitləşəcəyi vaxt açıqlanıb

Cəmiyyət 13:36 14 yan, 2022

Bunu açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib

Azərbaycanda havanın sabitləşəcəyi vaxt açıqlanıb

"Bu gün axşam saatlarından başlayaraq ölkə ərazisində, o cümlədən Bakıda və Abşeron yarımadasında yağıntının kəsilməsi proqnozlaşdırılır".

Qazet.az xəbər verir ki, bunu açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.

Onun sözlərinə görə, yarım sutka ərzində ölkəyə düşən yağıntının miqdarı yarım aylıq normaya uyğun olub: "Qar örtüyünün hündürlüyü isə 22 sm təşkil edib. Bu gün də yağıntılar davam edəcək və nəticədə daha yüksək qar örtüyü müşahidə ediləcək. Bununla belə, proses qısamüddətlidir".

Mənbə