Azərbaycanda həbsxanada saxlanılan şəxs öldü
Hadisə
15:39 13 yan, 2022
Araşdırma aparılır
Gəncədə İstintaq təcridxanasında saxlanılan şəxs vəfat edib.
Qazet.az hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, 2 saylı İstintaq Təcridxanasında saxlanılan, Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirləndirilən 1963-cü il təvəllüdlü Əliyev Xeyrəddin Ənvər oğlunun halı pisləşib.
Gəncə şəhər Kardioloji Xəstəxanasına yerləşdirilən məhbus tibbi müdaxilələyə baxmayaraq vəfat edib. Onun ürək-tənəffüs sistemindəki xəstəlik səbəbindən vəfat etdiyi bildirilib.
Araşdırma aparılır.