Bakı 27˚C Windy

Azərbaycanda hərbçilərin olduğu maşın QƏZAYA DÜŞDÜ

Cəmiyyət 17:40 11 noy, 2022
Azərbaycanda hərbçilərin olduğu maşın QƏZAYA DÜŞDÜ

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

Qazet.az xəbər  verir ki, hadisə rayonun Xan Qərvənd kəndi ərazisində qeydə alınıb.

“QAZ-3308" markalı avtomobil idarəetmədən çıxması nəticəsində yol kənarındakı dayanacağa, daha sonra "VAZ-21099" markalı minik maşınına çırpılıb. “QAZ 3308”-də olan 7 nəfər müxtəlif bədən xəsarətləri alıb. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Qəzaya uğrayan "QAZ 3308"-in hərbi maşın olduğu bildirilir. Məlumata görə, xəsarət alanlar hamısı hərbçilərdir.

Faktla bağlı araşdırma aparılır.