Azərbaycanda hotellərlə bağlı yeni cərimə tətbiq ediləcək
Gündəm
15:52 13 dek, 2021
Ulduz almadan fəaliyyət göstərən hotellər cərimə olunacaq

Azərbaycanda ulduz almadan fəaliyyət göstərən hotellər cərimə olunacaq.
Qazet.az bildirir ki, bununla bağlı inzibati xətalar məcəlləsinə dəyişiklik təklif edilir.
Təklif edilən dəyişikliyə əsasən, mehmanxanalar (hotellər) tərəfindən "Turizm haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə uyğun olaraq ulduz kateqoriyası müəyyənləşdirilmədən fəaliyyət göstərilməsinə görə iki min manatdan beş min manatadək məbləğdə cərimə edilir.
Məcəlləyə dəyişiklik Milli Məclisin dekabrın 14-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.