Bakı 5˚C Windy

Azərbaycanda "iç-içə" evlərin inşası qadağan olunub

Cəmiyyət 14:13 13 dek, 2021

Bu qayda Dövlət şəhərsalma və arxitektura komitəsinin kollegiyasının təsdiqlədiyi “Yaşayış binaları. Layihələndirmə normaları”nda əksini tapıb

Azərbaycanda "iç-içə" evlərin inşası qadağan olunub

Azərbaycanda yaşayış binalarında otaqların və mətbəxin hündürlüyü 2,7 m-dən az olmamalıdır.

Qazet.az xəbər verir ki, bu qayda Dövlət şəhərsalma və arxitektura komitəsinin kollegiyasının təsdiqlədiyi “Yaşayış binaları. Layihələndirmə normaları”nda əksini tapıb.

Bundan başqa, sənədə əsasən, mansarda mərtəbələrinin yüksək hissəsində hündürlüyü (döşəmədən tavanadək) 2,7 m-dən az olmamalıdır.

Mənzildaxili dəhlizlərin, holların, antresolların (və onların alt hissələrinin) hündürlükləri insanların hərəkətinin təhlükəsizliyini təmin etmək şərtilə 2,1 m-dən az olmamalıdır.

Həmçinin mənzillərdə yataq otaqları digər otağa keçid kimi layihələndirilməməlidir.