Bakı 2˚C Partly sunny

Azərbaycanda ictimai iaşə dövriyyəsi 42%-dək artıb

Gündəm 16:11 03 yan, 2023
Azərbaycanda ictimai iaşə dövriyyəsi 42%-dək artıb

Ötən ilin yanvar-noyabr aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsi 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 41,9% artaraq 1 milyard 378,9 milyon manat olub.

Qazet.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi xəbər yayıb.

Məlumata görə, özəl sektorda ictimai iaşə dövriyyəsinin 49,9%-i hüquqi şəxslərin, 50,1%-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür.

Hüquqi şəxslər üzrə dövriyyə ötən ilin yanvar-noyabr ayları ilə müqayisədə 38% artaraq 684 milyon manat olub.