Bakı -9˚C Dreary

Azərbaycanda ilin futbolçusu bəlli olub

İdman 17:01 13 dek, 2021

Azərbaycanda ilin ən yaxşı futbolçusu bəlli olub.

Azərbaycanda ilin futbolçusu bəlli olub

Azərbaycanda ilin ən yaxşı futbolçusu bəlli olub. 

İdman araşdırmaları mərkəzinin verdiyi məlumata əsasən "İlin Qalibləri-2021" layihəsində jurnalistlər arasında keçirdiyi sorğuya görə bəlli olub.

Azərbaycan millisinin və "Neftçi" klubunun futbolçusu Emin Mahmudov 36 səslə bütün rəqiblərini qabaqlayıb. Polşa "Legiya"sında çıxış edən yığmanın digər üzvü Mahir Emreli 16 səslə ikinci olub. "Qarabağ"dan Filip Ozobiç, Qara Qarayev və Şahruddin Məhəmmədiyev hərəyə 1 səs toplayıblar.

Emin Mahmudov İAM-ın sorğusuna əsasən, Azərbaycan Premyer Liqasında 2018/2019 mövsümünün futbolçusu seçilmişdi.