Bakı 23˚C Windy

Azərbaycanda ipoteka kağızı elektron qaydada tərtib ediləcək

Biznes 15:39 05 mar, 2022

Məlumata görə, iclasda Azərbaycan Mərkəzi Bankının, İpoteka və Kredit Zəmanət Fondunun əməkdaşları da iştirak edib

Azərbaycanda ipoteka kağızı elektron qaydada tərtib ediləcək

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində daşınmaz əmlak üzərində ipoteka hüququnu təsdiq edən ipoteka kağızının elektron qaydada tərtib olunması və qeydiyyata alınmasını təmin edəcək elektron sistemin yaradılması məsələlərinə dair iclas keçirilib.

Qazet.az bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, iclasda Azərbaycan Mərkəzi Bankının, İpoteka və Kredit Zəmanət Fondunun əməkdaşları da iştirak edib.

Tədbirdə bildirilib ki, yeniliyin məqsədi elektron xidmətlərin tətbiqini genişləndirərək əlçatanlığı, operativliyi təmin etmək, vətəndaş məmnunluğunu artırmaq, məmur-vətəndaş ünsiyyətini minimuma endirməkdir. İclasda ipoteka kağızının elektron sisteminin mahiyyəti və iş qaydası barədə təqdimat dinlənilib, ipoteka kağızının tərtib edilməsi, dövlət qeydiyyatına alınması, habelə ipoteka kağızına xitam verilməsi ilə bağlı əməliyyatlar əyani şəkildə test rejimində göstərilib, fikir mübadiləsi aparılıb.