Bakı 10˚C Intermittent clouds

Azərbaycanda İrəvandakı Göy məscidlə bağlı araşdırma aparıldı

Gündəm 15:26 05 iyl, 2022

Tarixçi Səbuhi Hüseynov bildirib

Azərbaycanda İrəvandakı Göy məscidlə bağlı araşdırma aparıldı

İrəvanda yeganə salamat qalan Azərbaycan məscidi Göy məsciddir. Ancaq təəssüflər olsun ki, həmin məscid bu gün bizim məscid kimi fəaliyyət göstərmir.

Qazet.az xəbər verir ki bunu “İrəvan şəhərində Azərbaycan milli-mədəni, tarixi irsinin sonuncu qalığı Təpəbaşı məhəlləsinin taleyi: Ermənistanda Azərbaycan xalqının irsinin dağıdılması və tarixi izlərin silinməsi” üzrə araşdırmanın müəllifi, tədqiqatçı, tarixçi Səbuhi Hüseynov deyib.

O bildirib ki, İrəvandakı Göy məscid barəsində də araşdırma aparılıb:

“Yüzlərlə, minlərlə sənədlərdə məscidin mütəmadı təmiri, vəqfin idarə edilməsi ilə bağlı sənədlər Azərbaycan arxivindədir. Ona görə də bu məscid Azərbaycan məscidi kimi tanınmalıdır. Bunun üçün kifayət qədər sənədlər var. Göy məscid İrana bağlılığı olmayan bir məsciddir. Sənədlərə, tarixi faktlara əsaslanaraq onu demək olar ki, məscidin İran məscidi adlandırılması gülüncüdür. Buna dünya tədqiqatçıları da gülürlər”.