Bakı 20˚C Sunny

Azərbaycanda işsizlik azalacaq - PROQNOZ

Biznes 19:45 12 okt, 2021

İşsizliyin artması pandemiyaya görə idi

Azərbaycanda işsizlik azalacaq - <span style="color:red">PROQNOZ</span>

Beynəlxalq Valyuta Fondunun (BVF) yenilənmiş proqnozuna əsasən, bu ilin yekunlarına görə, Azərbaycanda işsizlik səviyyəsi 6,4% təşkil edəcək ki, bu da ötən illə müqayisədə 0,8 faiz bəndi azdır.

Qazet.az-ın Fondun "World Economıc Outlook" hesabatının oktyabr buraxılışına istinadən verdiyi məlumata görə, 2022-ci ildə bu göstəricinin bir qədər də azalaraq 6,3%-ə enəcəyi gözlənilir.

Qeyd edək ki, ölkədə 2020-ci ildə işsizliyin artması COVID-19 pandemiyası ilə bağlı məhdudiyyətlərin tətbiqi ilə bağlı idi.