Azərbaycanda itkin düşən daha bir hərbçinin meyiti tapılıb
Gündəm
12:16 01 okt, 2021
Bunu jurnalistlərə açıqlamasında Baş prokuror Kamran Əliyev deyib
![Azərbaycanda itkin düşən daha bir hərbçinin meyiti tapılıb](https://qazet.az/resized/fit900x500/center/pages/28134/6d6f8b42-bf5b-41ef-8bc4-cdebe4e4394b.jpeg)
"Həm Birinci Qarabağ müharibəsində, həm də İkinci Qarabağ müharibəsində itkin düşən şəhidlərimiz var".
Qazet.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Baş prokuror Kamran Əliyev deyib.
"Birinci Qarabağ müharibəsində 4 min, İkici Qarabağ müharibəsində isə 7 nəfər şəxs itkin düşüb. Son günlər müharibənin baş verdiyi ərazilərdən daha bir meyit tapılıb, hazırda identifikasiyası üzrə işlər davam etdirilir, DNT analizləri götürülür. Çox güman ki, itkin düşənlərin sayı 6-ya düşəcək. Bununla bağlı bizim aidiyyəti qurumlarla əməkdaşlığımız davam edir", - o vurğulayıb.