Azərbaycanda jurnalist öz toyuna taksi ilə gəldi
Maraqlı
16:23 17 dek, 2021
“Qaqaş, taksidəyəm, maşına bəylə gəlin minib, təsəvvür elə, öz toylarına taksi ilə gedirlər”
Jurnalist Nigar Etibar sosial media hesabında maraqlı paylaşım edib.
Qazet.az xəbər verir ki, xanım jurnalist öz toyuna gəlinlikdə taksi ilə getdiyini açıqlayıb.
Jurnalist bildirib ki, onunla həyat yoldaşını restorana aparacaq sürücünün başına iş gəlib, son anda gələ bilməyəcəyini deyib. Cütlük taksi çağırmalı olub.
“Ağ rəngədə “Hyundai” gəldi, 18 manat pul yazmışdı, sevincək olub 20 manat verib getdik restorana. Sürücü bizi görəndə inanmağı gəlmirdi. Zəng eləyib dostuna deyirdi ki, “qaqaş, taksidəyəm, maşına bəylə gəlin minib, təsəvvür elə, öz toylarına taksi ilə gedirlər”” – deyə N.Etibar əlavə edib.