Bakı 19˚C Sunny

Azərbaycanda koronavirus əleyhinə vurulan vaksinlərin sayı 11 milyonu ötüb - FOTO

Cəmiyyət 18:42 17 dek, 2021

Ümumilikdə isə 1 248 508 buster doza vurulub

Azərbaycanda koronavirus əleyhinə vurulan vaksinlərin sayı 11 milyonu ötüb - <span style="color:red">FOTO</span>

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 27 321 vaksin vurulub.

Qazet.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 158, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 611 nəfər təşkil edib.

Ölkədə buster doza vaksinlərin sayına gəlincə, bu göstərici 20 552 olub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 11 017 859, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 134 947, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 634 404 nəfər təşkil edir.

Ümumilikdə isə 1 248 508 buster doza vurulub.