Bakı 3˚C Showers

Azərbaycanda koronavirusa yoluxma yenidən artdı - bir gündə 15 nəfər həyatını dəyişib

Cəmiyyət 17:31 12 okt, 2021

Azərbaycanda günlük yoluxma sayı açıqlanıb

Azərbaycanda koronavirusa yoluxma yenidən artdı - bir gündə 15 nəfər həyatını dəyişib

Azərbaycanda ötən sutka koronavirus (COVID-19) infeksiyasına 1277 yeni yoluxma faktı qeydə alınıb, 853 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qazet.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 15 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 494 067 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 474 514 nəfər müalicə olunaraq sağalıb, 6 692 nəfər vəfat edib. 12 861 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 569, bu günə qədər isə ümumilikdə 4 969 881 test icra olunub.