Azərbaycanda koronavirusdan sağalanların sayı yarım milyonu ötüb
Cəmiyyət
17:43 04 noy, 2021
Analiz nümunələri müsbət çıxan 29 nəfər vəfat edib
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 706 yeni yoluxma faktı qeydə alınıb, 1937 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qazet.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 29 nəfər vəfat edib.
Ölkədə ümumilikdə 539 710 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 501 508 nəfər müalicə olunaraq sağalıb, 7 182 nəfər vəfat edib, aktiv xəstə sayı 31 020 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15 350, ötən müddət ərzində isə ümumilikdə 5 243 038 test aparılıb.