Bakı 31˚C Sunny

Azərbaycanda kreditlərin həcmi artdı

Biznes 22:49 16 apr, 2022

Ümumi kredit portfelinin 14 milyard 165,8 milyon manatı və ya 80,5 faizi uzunmüddətli kreditlərin payına düşüb

Azərbaycanda kreditlərin həcmi artdı

Mərkəzi Bankın təqdim etdiyi məlumata görə, mart ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli əvvəlki ilin eyni dövrü ilə müqayisədə 20,3 faiz artaraq, milli valyuta ekvivalentində 17 milyard 587,2 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsindən Qazet.az-a bildirilib ki, ümumi kredit portfelinin 14 milyard 165,8 milyon manatı və ya 80,5 faizi uzunmüddətli kreditlərin payına düşüb. 

Kreditlərin 97,4 faizi banklar, 2,6 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib. 

Ödəmə vaxtı keçmiş kreditlərin məbləği il ərzində 24,8 faiz azalaraq 690,2 milyon manat olmuş və ümumi kredit portfelinin 3,9 faizini təşkil edib.